Ukraynada karantin müddəti uzadılıb

  • Space TV
  • 26 Avqust 2020 16:08

Ukraynada koronavirus pandemiyası ilə əlaqədar karantin müddəti uzadılıb. Spacetv.az-ın UNİAN-a istinadən verdiyi xəbərə görə, qərar bu gün Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul olunub.Ölkədə “adaptiv model” formatında tətbiq olunan karantin müddəti noyabrın 1-dək uzadılıb. Avqustun 1-dən Ukraynada tətbiq olunan adaptiv karantin modeli ölkənin regionlarındakı epidemioloji vəziyyətdən asılı olaraq bütün bölgələri dörd  – “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” zonalara bölüb. Epidemioloji zonaların hər birində müxtəlif karantin məhdudiyyəti tətbiq olunur. Ən yumşaq qadağalar”yaşıl” zonada, ən sərt qadağalar isə “qırmızı” zonaya daxil olan bölgələrdə tətbiq olunur.

Paylaş

 Xəbəriniz olsun