Ukraynanın Odessa şəhərində hotellərin birində yanğın baş verib.
Space.TV – Xarici mətbuata istinadən xəbər verir ki, yanğın nəticəsində 8 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Məlumata görə, yanğın gecə 01:34-də “Tokyo Star” hotelinin ikinci mərtəbəsində meydana gəlib. Yanğının söndürülməsinə 13 xüsusi avtomobil və 60 xilasedici cəlb olunub. Nəticədə yanğın 3:35-də söndürülüb.
Bu gün Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yanğının təfərrüatlarına dair brifinq keçirəcək.