UKRAYNADA DƏHŞƏT: Yanğın Çernobıl AES-ə çatır

  • SpaceTV
  • 14 Aprel 2020 16:33

Ukraynanın Çernobıl bölgəsində başlayan meşə yanğını gərgin iş aparılmasına baxmayaraq hələ də söndürülməyib.

SPACE TVxəbər verir ki meşə yanğınları, 34 il əvvəl dünyada ən böyük ekoloji fəlakətə səbəb olan partlayışın baş verdiyi Çernobıl Nüvə Elektrik Stansiyasının yerləşdiyi yerə yaxınlaşıb.

Ukraynanın Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın 12 kəndi, qəbiristanlıqları və meşəlik əraziləri əhatə edib.

Yanğın baş verən ərazidə radiasiya səviyyəsi 14 dəfə yüksəlib.Amma Rəsmi Kiev radiasiya səviyyəsinin normal olduğu qənaətində idi.

Nazirlik yanğının baş verməsində 3 əsas ehtimalın olduğunu bildirib.

Məlumata görə, birincisi Jitomir əyalətindəki meşəlik ərazilərdən yanğının bu əraziyə keçməsi, ikincisi bölgədəki elektrik xətlərindən quru otlara qığılcımların sıçraması və üçüncüsü isə qəsdən yandırılma ehtimalıdır.

Paylaş

 Xəbəriniz olsun