Ukraynada avtobus qəzaya uğrayıb, ölənlər var

  • Space TV
  • 11 Sentyabr 2020 10:33

Ukraynada Kiyev-Xarkov magistral yolunda mikroavtobus, 2 yük maşını və minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası olub.

Spacetv.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin Patrul Polisinin Mətbuat xidməti məlumat yayıb. 

“Qəza səhər saat 4 radələrində (yerli vaxt ilə – red.) magistral yolun 47-ci kilometrliyində iki yük maşını, mikroavtobus və minik avtomobilinin iştirakı ilə baş verib. Qəza nəticəsində 5 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 14-ü xəstəxanaya yerləşdirilib”, – Mətbuat xidmətindən bildirilib. 

Paylaş

 Xəbəriniz olsun