Ukrayna Türkiyəyə “Su-57” qırıcılarına rəqib yaratmağa kömək edəcək

  • Space TV
  • 4 Sentyabr 2020 12:11

Türkiyə və Ukrayna hərbi-texniki əməkdaşlıqlarını dərinləşdirəcəklər.

Spacetv.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.

İyun ayında Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev bildirmişdi ki, Türkiyədə istehsal olunacaq “Turkish Fighter X” qırıcısı beynəlxalq bazarda Rusiya istehsalı olan “Su-57” döyüş təyyarəsinə rəqib ola bilər.

Nəşr yazır ki, artıq Ukrayna tərəfi kəşfiyyat və zərbə missiyaları üçün hazırlanmış “Bayraktar TB2” pilotsuz aparatları üçün mühərrik göndərir.

Bundan əlavə, Ankarada Ukrayna Baş nazirinin müavini Oleq Uruski ilə Rəcəb Tayyip Ərdoğanın görüşündə Ukrayna tərəfi Türkiyəyə “An-178” hərbi nəqliyyat təyyarələrinin birgə istehsalının təşkilini təklif edib.

Paylaş

 Xəbəriniz olsun