Ukrayna Rusiyanı ittiham etdi: Gəmilərimizin unitazlarını oğurlayıblar

  • Space TV
  • 20 Noyabr 2019 17:43

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı İqor Voronçenko Rusiya tərəfindən qaytarılan Ukrayna gəmilərində unitazların yoxa çıxdığını bildirib.

Komandir “4channel”ə verdiyi müsahibədə gəmilərin Ukrayna ərazi sularına doğru yaxınlaşdığını bildirib.

İqor Voronçenko həmçinin qeyd edib ki, Rusiya tərəfi gəmilərin daxilini hissələrə ayıraraq plafonları, elektrik yuvalarını və unitazları çıxarıblar.

Hərbi Dəniz Qüvvələrlərinin komandanı Rusiyanı gəmilərə qarşı barbar münasibət bəsləməkdə ittiham edib.  

Paylaş

 Xəbəriniz olsun