Ukrayna qondarma “erməni soyqırımı” layihəsini rədd etdi

  • SpaceTV
  • 21 Fevral 2020 14:21

Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib.

SPACE TV  səfirlikdən azərtaca – a verilən məlumata görə, Ali Radanın hakim “Xalqın xidmətçi”sinin deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.

Xəbərə görə, fevralın 14-də qeydə alının qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb.

Xatırladaq ki, 2013, 2015 və 2019-cu illərdə də Ali Radada qondarma “erməni soyqırımı” haqqında qanun layihəsinin müzakirəsinə cəhd edilib.

Paylaş

 Xəbəriniz olsun