Ukrayna Prezidenti Vladimir Zelenski xalq deputatlarının toxunulmazlığının ləğv olunması barədə qanunu imzalayıb.
Space TV Xarici mətbuata istinadən xəbər verir ki, qanuna əsasən, Konstitusiyanın 80-ci maddəsi yeni redaksiyada verilir. Burada deputatlara toxunulmazlıq zəmanəti verilməsi, onların Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilməsinə, saxlanmasına və ya həbs olunmasına qadağa qoyan müddəalar yer almayıb.
Konstitusiyanın 80-ci maddəsinə edilən digər düzəlişə əsasən, deputatlar təhqir və böhtana görə məsuliyyət istisna olmaqla, səsvermənin nəticələrinə və ya parlamentdə çıxışlarına görə hüquqi məsuliyyət daşımırlar.
Qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.