Ukrayna Futbol Assosiasiyasının iddiası qəbul edildi

  • Space TV
  • 11 Dekabr 2020 15:20

İdman Arbitraj Məhkəməsi (CAS) Ukrayna Futbol Assosiasiyasının (UAF) UEFA-ya qarşı iddiasını qeydə alıb.

Spacetv.az “Reuters”ə istinadən xəbər verir ki, UAF-nin şikayəti Millətlər Liqasının sonuncu – VI turunun İsveçrə ilə oyununun baş tutmamasına görə yığmaya verilmiş texniki məğlubiyyətlə bağlıdır.

Məhz bu nəticədən sonra Ukrayna seçməsi A Liqasını tərk edib.

Qeyd edək ki, Ukrayna millisinin heyətində koronavirusa yoluxma halları aşkarlandığı üçün qarşılaşma ləğv edilmişdi.

Paylaş

 Xəbəriniz olsun