Uitni Hyuston ölümündən 8 il sonra yenidən konsert verəcək

  • SpaceTV
  • 26 Fevral 2020 17:20

Dünyanın ən yaxşı səsləri arasında göstərilən, 8 il öncə həyatını itirən məşhur müğənni Uitni Hyuston holoqramı ilə yenidən səhnəyə çıxmış olacaq.

SPACE TV xəbər verir ki, 49 yaşında vəfat edən Hyustonun holoqram görüntüsü ilə təşkil ediləcək konsert turu bu gün İngiltərədən start götürəcək. Əvvəlcə Avropa, ardından ABŞ-da konsertlər baş tutacaq və aprel ayında başa çatacaq.

Hyustonun holoqram görüntüsü ilə səhnədə əks etdiriləcəyi konsertlərdə real rəqqaslar və real orkestr yer alacaq. Konsertlərdə musiqiçinin xit mahnıları, həmçinin az bilinən əsərləri səsləndiriləcək.

5 il öncə hazırlıqları başlayan holoqram konsert üçün Hyustonun yüzlərlə saatlıq səhnə performanslarından görüntülər istifadə edilərək və təkmilləşdirilmiş proqram sintezi ilə sənətçinin konsert görüntüsü yaradılıb. Holoqram “BASE Hologram” şirkəti tərəfindən hazırlanıb.

Paylaş

 Xəbəriniz olsun