Uhanda tikilən müvəqqəti xəstəxanaların əksəriyyəti bağlanıb

  • Space TV
  • 9 Mart 2020 09:51

Stadionlarda və sərgi mərkəzlərində qurulan Uhan şəhərinin 14 müvəqqəti xəstəxanasından 11-i artıq bağlanıb.

“Epidemiya başladıqdan sonra Uhanın bır sıra stadion və sərgi mərkəzləri xəstəxanalara çevrilmişdi. Lakin, hal-hazırda xəstələrin çoxu sağaldığı üçün onların əksəriyyəti bağlanıb”, – deyə Çinin mərkəzi televiziyası xəbər yayıb.

Qalan xəstələr isə xüsusi xəstəxanalara yerləşdirilib.

Qeyd etmək lazımdır ki, son günlər Uhanda epidemiya ilə bağlı vəziyyət getdikcə yaxşılaşır.

Paylaş

 Xəbəriniz olsun