Uhanda karantin rejimi bitdi

  • SpaceTV
  • 8 Aprel 2020 13:12

Koronavirusun ilk dəfə yayılmağa başladığı yer olan Uhan şəhərində 76 gündür davam edən karantin rejimi aradan qaldırılıb.

SPACE TV  xəbər verir ki, Uhan sakinlərinə icazə almadan şəhərə çıxa biləcəkləri xəbərini hökümət artıq açıqlayıb.

11milyonluq əhalisi olan Uhanda bu şad xəbər kimi qarşılanıb. Bununla da 11 həftəlik karantindən sonra ilk dəfə küçəyə çıxmaq sərbəst olub.Bugündən başlayaraq sərnişinlərin ixtiyarına qatarlar verilib.

Rəsmi məlumata görə, Çində pandemiya nəzarət altına alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başladı. Hazırda virus 209 ölkə tüğyan edir.

Paylaş

 Xəbəriniz olsun