Uğurlu xilas modeli

  • SpaceTV
  • 2 May 2020 17:50

Bütün dünya artıq bir neçə aydır ki, koronavirus imtahanını verir. Azərbaycan da bu imtahandan üzüağ çıxmaq üçün bütün səylərini ortaya qoymaqdadır. Qısa müddətdə ölkədə bütün ali, orta təhsil müəssisələrində tədris prosesinin dayandırılması, genişmiqyaslı dezinfeksiya işlərinin aparılması, qonşu ölkələrlə sərhədlərin bağlanması və digər bu kimi tədbirlərin həyata keçirilməsi ilə bağlı qəti qərarlar qəbul edildi. İlk günlərdən görülən təxirəsalınmaz tədbirlərin nəticəsidir ki, digər ölkələrlə müqayisədə Azərbaycanın  itkiləri azdır. Ölkəmiz  prezident  İlham Əliyevin  “Biz birlikldə güclüyük” şüarı ilə təqdirəlayiq nümunə ortaya qoyur.

Tibbi maska istehsalı müəssisəsinin yaradılması və fəaliyyətə başlaması koronovirusla mübarizə dövrünün mühüm hissəsidir. Əhalinin sosial müdafiəsi də diqqətdən kənarda qalmadı. Aprel-may ayları müddətində aztəminatlı ailələrə birdəfələlik ödəmə həyata keçirildi, pandemiya dövründə iş yerlərini itirən şəxslərə maddi yardım ayrıldı.

Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanın səhiyyə sahəsində gördüyü işləri, ümumilikdə profilaktiki tədbirləri, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqəsinə diqqətin ayrılmasını yüksək qiymətləndirib. Məhz görülən işlərin nəticəsidir ki, Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanan təşəkkür məktublarının ardı-arası kəsilmir.Koronavirusla mübarizə tədbirlərini gücləndirmək üçünötən gün karantin rejimi may ayının sonunadək uzadılıb.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun