UEFA Super Kuboku matçı azarkeşlərlə keçiriləcək

  • Space TV
  • 25 Avqust 2020 17:45

İspaniyanın “Sevilya” və Almaniyanın “Bavariya” klubları arasındakı UEFA Super Kuboku matçında azarkeşlər də olacaq. 

Spacetv.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib.

Qərara əsasən, fanatlar stadionu tutumunun 30 faizinə qədər doldura biləcəklər. 

Qeyd edək ki, oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. 

Xatırladaq ki, “Bavariya” Çempionlar Liqasının finalında Fransa PSJ-sini 1:0 hesabı ilə üstələyib. “Sevilya” isə Avropa Liqasındakı həlledici matçda İtaliya “İnter”indən güclü olub – 3:2.

Paylaş

 Xəbəriniz olsun