UEFA “Qarabağ”ın oyununu siyahıdan çıxardı

  • Space TV
  • 1 Sentyabr 2020 16:03

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə keçirəcəyi oyunun baş tutması problemə çevrilib.

Spacetv.az xəbər verir ki, artıq bu oyun UEFA-nın saytından çıxarılıb.

Qeyd edək ki, sentyabrın 16-da baş tutmalı oyun “Molde”nin narazılığına görə Bakıda baş tutmaya bilər. Norveç klubu səbəb kimi komandanın Azərbaycandan qayıtdıqdan sonra ölkələrində 10 günlük karantinə alınacağını bildirərək Bakıya gəlməkdən imtina edir.

Paylaş

 Xəbəriniz olsun