UEFA növbədi dəfə “Qarabağ” klubunu cərimələyib.
Buna səbəb Ağdam təmsilçinin avqustun 13-ü Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduğu matçda baş verənlərdir.
Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə azarkeşlər meydana kənar əşyalar atdığı üçün “Qarabağ”a 4 min 375 avro (8 min 225 manat) cərimə kəsilib.
UEFA daha öncə “Qarabağ”ı İrlandiya Dandolk”unu məğlub etdiyi (3:0) Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa görə də cərimələyib.