UEFA Nurlan İbrahimovla bağlı şikayəti rədd etdi – FOTOFAKT

  • Space TV
  • 29 Yanvar 2021 10:33

“Qarabağ”ın şikayəti UEFA tərəfindən rədd edilib.

Oxu.Az xəbər verir ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi noyabrın 25-dəki qərarı olduğu kimi saxlayıb.

Qeyd edək ki, UEFA Vətən müharibəsi zamanı öz “Facebook” hesabında ermənilərlə bağlı paylaşımına görə “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri işləyən Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin “Qarabağ” 100 min avro məbləğində cərimələnib.

Xatırladaq ki, Nurlan İbrahimovun cəzasının dəyişdirilməsi ilə bağlı UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə şikayət olunub. İbrahimov özü isə yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

Paylaş

 Xəbəriniz olsun