UEFA-nın cəzalandırdığı Nurlan İbrahimov klubdan ayrıldı

  • Space TV
  • 19 Yanvar 2021 16:44

“Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov tutduğu postu tərk edib.

Spacetv.az xəbər verir ki, bu barədə Nurlan İbrahimov öz “Facebook” hesabında məlumat verib.

O, 15 ildir ki, işlədiyi “Qarabağ”dan ayrıldığını bildirib.

Qeyd edək ki, müharibə vaxtı “Facebook” postuna görə UEFA-da haqqında iş açılmış, nəticədə “Qarabağ” 150 min avro cərimələnib, Nurlan İbrahimov isə ömürlük futbol sahəsində fəaliyyətinə qadağa qoyulub.

Paylaş

 Xəbəriniz olsun