UEFA ilin komandasına namizədləri açıqladı

  • Space TV
  • 1 Dekabr 2020 15:25

UEFA 2019-cu ilin rəmzi komandasını müəyyənləşdirmək üçün səsverməyə start verib.

Spacetv.az-ın məlumatına görə, siyahıda 50 oyunçunun adı yer alıb. Bu futbolçular 21 klubu və 19 ölkəni təmsil edir.

Qapıçılar: Alisson Bekker (Braziliya, “Liverpul” – İngiltərə), Antoni Lopes (Portuqaliya, “Lion” – Fransa), Keylor Navas (Kosta Rika, PSJ – Fransa), Manuel Noyer (Almaniya, “Bavariya”), Yan Oblak (Sloveniya, “Atletiko” – İspaniya)

Müdafiəçilər: David Alaba (Avstriya, “Bavariya” – Almaniya), Trent Aleksander-Arnold (“Liverpul”, İngiltərə), Anxelinyo (İspaniya, “Leyptsiq” – Almaniya), Xuan Bernat (İspaniya, PSJ – Fransa), Alfonso Deyvis (Kanada, “Bavariya” – Almaniya), Matteys De Liqt (Niderland, “Yuventus” – İtaliya), Stefan De Vrey (Niderland, “İnter” – İtaliya), Hans Hatebur (Niderland, “Atalanta” – İtaliya), Coşua Kimmix (“Bavariya”, Almaniya), Presnel Kimpembe (PSJ, Fransa), Serxio Ramos (“Real Madrid”, İspaniya), Endi Robertson (Şotlandiya, “Liverpul” – İngiltərə), Tiaqo Silva (Braziliya, “Çelsi” – İngiltərə), Dayot Upamekano (Fransa, “Leyptsiq” – Almaniya), Vircil van Dayk (Niderland, “Liverpul” – İngiltərə)

Yarımmüdafiəçilər: Tiaqo Alkantara (İspaniya, “Liverpul” – İngiltərə), Ussem Auar (“Lion”, Fransa), Ever Baneqa (Argentina, “Sevilya” – İspaniya, hazırda “Əl-Şabab” Səudiyyə Ərəbistanı), Nikolo Barella (“İnter”, İtaliya), Kinqsli Koman (Fransa, “Bavariya” – Almaniya), Kevin De Bruyne (Belçika, “Mançester Siti” – İngiltərə), Brunu Fernandeş (Portuqaliya, “Mançester Yunayted” – İngiltərə), Alexandro Qomez (“Atalanta”, İtaliya), Leon Qoretska (“Bavariya”, Almaniya), Kay Haverts (Almaniya, “Çelsi” – İngiltərə), Cordan Henderson (“Liverpul”, İngiltərə), Yosip İliçiç (Sloveniya, “Atalanta” – İtaliya), Markinyos (Braziliya, PSJ – Fransa), Tomas Müller (“Bavariya”, Almaniya), Marsel Sabitser (“Zaltsburq, Avstriya)

Hücumçular: Erlinq Holann (Norveç, “Borussiya” Dortmund – Almaniya), Anxel Di Maria (Argentina, PSJ – Fransa), Joau Feliş (Portuqaliya, “Atletiko” – İspaniya), Serj Qnabri (“Bavariya”, Almaniya), Çiro İmmobile (“Latsio”, İtaliya), Harri Keyn (“Tottenhem”, İngiltərə), Robert Levandovski (Polşa, “Bavariya” – Almaniya), Romelu Lukaku (Belçika, “İnter” – İtaliya), Sadio Mane (Seneqal, “Liverpul” – İngiltərə), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi (Argentina, “Barselona” – İspaniya), Neymar (Braziliya, PSJ – Fransa), Kriştianu Ronaldu (Portuqaliya, “Yuventus” – İtaliya), Məhəmməd Salah (Misir, “Liverpul” – İngiltərə), Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə).

Paylaş

 Xəbəriniz olsun