UEFA-dan son açıqlama: “Dörd oyunu Bakıda keçiriləcək AVRO-2020 Romada başlayacaq”

  • Space TV
  • 10 Mart 2020 15:14

AVRO-2020 iyunun 12-də Romada başlayacaq. Hazırkı durum üçün planlaşdırılmış oyun cədvəlində dəyişikliyə ehtiyac yoxdur. Bu məsələ daim nəzarət altında saxlanılacaq”.

SPACE TV  xəbər verir ki, bu barədə UEFA-dan Anadolu Agentliyinin sorğusuna cavab olaraq bildiriblər.

UEFA 12 iyun-12 iyul tarixlərində Bakı da daxil olmaqla, Avropanın 12 şəhərində keçiriləcək AVRO-2020-nin təxirə salınması ilə bağlı deyilənlərin həqiqəti əks etdirmədiyini vurğulayıb:

“UEFA koronavirusla bağlı vəziyyəti çox ciddi qəbul edir. Biz vəziyyəti yaxından izləyirik. Koronavirusla bağlı Ümumdünya Səhiyyə Təşkilatı və milli orqanlarla əlaqə saxlayırıq”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Valensiya” – “Atalanta” və “İnter” – “Xetafe” matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb.

Paylaş

 Xəbəriniz olsun