UEFA Çempionlar Liqasında islahatlar aparacaq: Beş klubla danışıqlar davam edir

  • Space TV
  • 29 Yanvar 2021 16:26

Çempionlar Liqasının hazırkı formatı yaxın illərdə böyük dəyişikliklərə məruz qala bilər.

AS agentliyi xəbər verir ki, buna səbəb Avropanın top klublarının UEFA-dan asılı olmayacaq və onu əvəz edəcək yeni Superliqa turnirini təşkil etmək iddiasında olmasıdır.

Hələlik turnirdə konkret olaraq hansı dəyişikliklərin olacağı elan edilmir.

Hazırda UEFA prezidenti Aleksandr Çeferin beş klubla – “Real Madrid”, “Yuventus”, “Mançester Yunayted”, “Fənərbağça” və PSJ ilə danışıq aparır.

Paylaş

 Xəbəriniz olsun