UEFA azarkeşlərin tribunaları doldurmağına icazə verdi

  • Space TV
  • 2 Oktyabr 2020 09:48

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) azarkeşlərin Çempionlar Liqası, Avropa Liqası və milli komandaların oyununda iştirakına icazə verib.

Spacetv.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki, azarkeşlər tribunaların ümumi tutumunun 30 faizinə qədərini doldura bilər.

Bundan əlavə oyunun keçirilməsi üçün yerli icra hakimiyyəti qurumlarının icazəsini almaq mütləqdir.

Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin bildirib ki, koronavirus hamının “ortaq düşməni” olmasına baxmayaraq, ölkələrin pandemiyaya yanaşması fərqlidir.

Paylaş

 Xəbəriniz olsun