UEFA Avroliqanın iki qarşılaşmasını təxirə saldı

  • Space TV
  • 12 Mart 2020 10:14

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin iki oyununu təxirə salıb.

SPACE TV qurumun saytına istinadən xəbər verir ki, bunlar “Sevilya” – “Roma” və “İnter” – “Xetafe” matçlarıdır. İtaliya və İspaniya arasında koronavirus səbəbindən səyahət məhdudiyyətinə görə bu qərarın qəbul edildiyi vurğulanıb.

Qeyd edək ki, hər iki görüşün yeni vaxtı yaxın zamanlarda müəyyənləşəcək.

Paylaş

 Xəbəriniz olsun