UEFA Avro-2020-də stadionları doldurmaq üçün dörd variantı nəzərdən keçirir

  • Space TV
  • 27 Yanvar 2021 14:30

UEFA əvvəlki kimi 2020-ci il Avropa çempionatını 12 stadionda keçirməyi hədəfləyir.

Spacetv.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Nəşrə danışan mənbə bildirir ki, UEFA turniri keçirməyə hazır olduğunu bildirən 12 təşkilatçı-şəhərlə əlaqə saxlayır.

Futbol qurumu hazırda stadionları doldurmaq üçün dörd əsas variantı nəzərdən keçirir: tam şəkildə, 75 faiz, 50 faiz və ya 25 faiz tamaşaçının iştirakı.

Xatırladaq ki, AVRO-2020-nin keçirilməsi pandemiya səbəbindən bir il təxirə salınıb. Paytaxt Bakı AVRO-2020-nin təşkilatçı şəhərlərindən biridir. Çempionatın 4 oyununu qəbul edəcək Bakı Olimpiya Stadionu 68,7 min tamaşaçı tutumludur. 

Paylaş

 Xəbəriniz olsun