UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqladı

  • SpaceTV
  • 23 Sentyabr 2020 14:44

UEFA 2019/2020 mövsümünün ən yaxşı futbolçu və baş məşqçisi adına namizədləri açıqlayıb. 

Spacetv.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Almaniya “Bavariya”sından Manuel Noyer ilə Robert Levandovski, İngiltərə  “Mançester Siti”sindən isə Kevin de Brüyne ən yaxşı oyunçu adına namizəddir. 

“Bavariya”nın baş məşqçisi Hans Flik, “Leyptsiq”ə rəhbərlik edən Yulian Nagelsman və İngiltərə “Liverpul”undan Yurgen Klopp ən yaxşı baş məşqçi nominasiyasında iddialıdır. 

Qeyd edək ki, qaliblər oktyabrın 1-də Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq. 

Paylaş

 Xəbəriniz olsun