ÜDM-in azalması gözlənilir

  • Space TV
  • 3 Sentyabr 2020 11:35

İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 3 ssenari üzrə neftin qiyməti 35, 40, 45 dollarda proqnozlaşdırılıb. Buna əsasən 2020-ci ilin sonunda ÜDM-in azalması gözlənilir. 

Spacetv.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.  Həmin proqnozlara əsasən baza (40 $) ssenaridə 2020-ci ildə ümumi daxili məhsul real ifadədə 3,7 faiz az olmaqla 70,9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM isə 2,9 faiz az olmaqla 50,4 mlrd. manat həcmində proqnozlaşdırılır.

Paylaş

 Xəbəriniz olsun