Ucqar kənddə otlaq sahəsində otlayan, həyətdə bəslənən iribuynuzlu heyvanlar oğurlanıb.

  • Space TV
  • 24 Fevral 2020 14:45

Goranboyun Meşəli kəndində məskunalaşan 10-a yaxın Kəlbəcərdən olan məcburi köçkünün 40-dan artıq mal-qarası oğurlanıb. Kəlbəcər sakinlərinin sözlərinə görə, “qəhrəman”lar iribuynuzluların sağlam, südlük, ətlik istiqamətli olanlarını seçib aparıblar.

Meşəli kəndində yaşayan Mürşüd Zeynalov isə 2 dəfə qarət edilib. Kəlbəcər sakini oğurlanan 6 baş heyvanı tapmamış, 8 baş mal-qarası da oğurlanıb.

Sakinlər tezliklə mal-qaranın tapılmasını, cinayətkarların cəzalanmasını arzulayırlar.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun