Ucarın kəndində qoyunlar kütləvi şəkildə tələf olub

  • SpaceTV
  • 20 Yanvar 2020 17:00

Hadisə Ucar rayon Qəzyan kəndində qeydə alınıb. Kənd sakini Fikrət Cəlilov və oğlu Cavid Cəlilov birləşərək fərdi təsərrüfat yaradıblar. Təsərrüfatda olan qoyunların 3 ildir ki qış aylarında yeni doğulan quzuları tələf olur. Bu səbəbdəndən sahə baytar həkimlərin məsləhəti ilə qoyunlara iynələr vurulub. Görülən tədbirlərə baxmayaraq hələdə ölüm faktının qarşısını ala bilmirlər.

Fermerin sözlərinə görə, həkim məsləhəti ilə ana qoyunlara vurulan dərmanlardan sonra xirda quzularda ana südü ilə qidanlandıqları üçün bu yolla quzularda əks təsir yaradır və bir neçə gündən sonra quzular tələf olur.

Xırda buynuzluların tələf olması ilə bağlı təsərrüfat sahibi Ucar rayon baytarlıq idarəsinə məlumatda veriblər. Dəfələrlə həmin təssərrüfatda olan heyvanlara bağış keçirilib. Iki dəfə heyvanların saxlanıldığı tövlə dizinfeksiya olunub. Məsələ ilə bağlı Ucar Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərov quzuların tələf olmasının ilkin ehtimal olaraq nədən öldüyü bildirsədə, ölümün daha dəqiq səbəbi labaratoriyanın cavabından sonra məlum olacaq.

Qeyd edək ki, baytarlıq idarəsindən təsəssüfat sahiblərinə örüş, otlaq sahəsini dəyişmək və tərkibinin daha zəngin olan yemlərin verilməsini tövsiyyə edib.

VAHID FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun