Ağdaş sakini, 52 yaşlı Yamən Abdullayevin idarə etdiyi otla dolu qoşqulu traktor hərəkətdə olarkən anidən alışıb. Hadisə rayonun Yeniyol kəndindən keçən hissəsində qeydə alınıb. Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb və yarana biləcək başqa bir problemin qarşısı alınıb. Traktorda olan 150 ədəd ot bağlamasının bir qismi yanıb, digər hissəsi isə yararsız hala düşüb.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Hdisənin nədən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
VAHİD FƏXRİ SPACE TV