Ucarda yol-nəqliyyat hadisəsi baş verib

  • SpaceTV
  • 1 İyul 2020 16:44

Ənvər Məmmədxanlı kənd sakini, 34 yaşlı Əliyev Ramil Salik oğlu idarə etdiyi “Lada” markalı minik avtomobili ilə rayonun “Azərbaycan” küçəsində hərəkətdə olarkən anidən qarşısına piyada çıxıb. Nəticədə sürücü idarəetməni itirərək Qaracallı kənd sakini, 30 yaşlı Zülfi İsgəndərovu vurub. Piyada avtomobilin alın şüşəsinin sağ nahiyəsinə tuş gəlib və zərbənin təsirindən bir neçə metr önə  düşüb. Zərərçəkən ağır vəziyyətdə olduğundan dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

                                                                            VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun