Ucarda yaşayış olmayan fərdi ev yanıb.

  • SpaceTV
  • 15 Fevral 2020 16:29

Ucar rayonunun Qazıqumlaq kəndində elə həmin kəndin sakini, 55 yaşlı Heybət Xalis oğlu Abbasova məxsus 2 mərtəbəli, ümumi sahəsi 800 kvadratmetrlik olan fərdi yaşayış evində güclü yanğın baş verib.

Yanğın zamanı evin dam örtüyü yanıb. Hadisə yerinə FHN – nin Ucar Rayon yanğından mühafizə hissəsinin  yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində havanın küləkli olmasına baxmayaraq yanğın söndürülüb və yaxınlıqdaki tikililər mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Fakt araşdırılır.

Vahid Fəxri  SPACE TV

Paylaş

 Xəbəriniz olsun