“VAZ-2107” markalı avtomobil “VAZ-21099” markalı maşınla toqquşub. Nəticədə Göyçay rayon sakinləri – 47 yaşlı Nəzakət Soltan qızı Hacıyeva, 44 yaşlı Rahib Məcnun oğlu Süleymanov, 23 yaşlı Elçin Rafiq oğlu Tanrıverdiyev və Ucar rayon sakini, 31 yaşlı Anar Faiq oğlu Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili-tibbi yardım maşınları vasitəsilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Vahid Fəxri SPACE TV