Ucarda şəhid gizir dəfn olunub – FOTO

  • Space TV
  • 22 Dekabr 2020 09:55

Ucar rayonunda Vətən müharibəsində şəhid olmuş gizir Qarayev Namiq Qara oğlu dəfn edilib.

Spacetv.az-ın məlumatına görə, o, bu gün Qazıqumlaq kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəhbərliyi, sakinlər iştirak edib.

Qeyd edək ki, Namiq Qarayev 1978-ci ildə Ucarın Qazıqumlaq kəndində anadan olub. O, 78 gün idi ki, itkin düşmüşdü.

Namiq Qarayev ailəli idi, iki övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Paylaş

 Xəbəriniz olsun