Ucarda ot daşıyan qoşqulu traktorda yanğın baş verib.

  • SpaceTV
  • 29 May 2020 16:28

Göyçay rayon Kürd Şaban kənd sakini, 22 yaşlı  Qurbanov Rəvan Əfqan oğlu Bakı-Qazax yolunun Ucarın Küçə kənd ərazisindən keçən hissəsində  ot daşıyarkən bədbəxt hadisə ilə üzləşib. 2 qoşqulu traktorda ümumilikdə 300 bağlama ot daşıyan sürücü anidən qoşqularda yanğın baş verdiyini görüb. Daha sonra yanğın avtomobilə də keçib. Ot bağlamaları yanaraq yararsız hala düşsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvələri hadisə yerinə gələrək yanğını söndürüb. Alovun nədən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

                                                                                VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun