Ucar Rayon Baytarlıq İdarəsi karantin qaydalarına uyğun olaraq ara məsafəsini saxlamaqla rayonun 29 kəndində, 13 baytar məntəqəsində mal-qara arasında peyvəndləmə işini həyata keçirib. İribuynuzlu heyvanlarda dabaq, təkdırnaqlı heyvanlarda qarayaraya, sahibli itlərdə quduzluq, ev quşlarında isə taun xəstəliyinə qarşı peyvəndləmə işləri aparılıb. İlin əvvəlindən bu günə kimi 43709 baş iribuynuzlu, 381 baş təkdırnaqlı heyvanlarda, 3237 baş sahibli itlərdə, 150 baş donuzda vaksinasiya işləri görülüb. Rayon baytarlıq idarəsinin rəisi Xaləddin Əsgərovun sözlərinə görə, artıq birinci rübün işləri sona çatdırılılıb. Bundan başqa rayon ərazisində sahə baytar məntəqələrində tədbirlərin aparılması üçün məntəqələr lazımi avadanlıqlar və biopereparatlarla təmin olunub.
Tədbirlərin keyfiyyətli aparılması üçün məntəqələr soyuq zəncir sisteminə aid olan bütün avadanlıqlarla təhciz edilib. Həmin avadanlıqların mövcudluğu və işlək vəziyyəti tədbirlər başlamazdan əvvəl məntəqələrdə baxılıb, yoxlanılıb və müvafiq aktlar tərtib olunub. Hal-hazırda rayon ərazisində iribuynuzlu heyvanlarda dabaq, itlərdə quduzluq əleyhinə qarşı vaksinasiya işləri aparılır. Tədbirlər zamanı ekoloji çirklənmənin qarşısını almaq məqsədilə istifadə olunmuş biopereparatların boş qabları və avadanlıqlar xüsusi politelen torbalara yığılaraq baytarlıq idarəsində saxlanılır və komisiya tərəfindən zərərsizləşdirilərək akt tərtib olunur. Belə tədbirlər il boyu öz işini davam etdirəcəkdir.
VAHİD FƏXRİ SPACE TV