Ucarda fərdi yaşayış evi yanıb.

  • SpaceTV
  • 27 Fevral 2020 13:34

Gecə saatlarında, rayonun Alpout kəndində qeydə alınıb. Kənd sakini, 80 yaşlı Xoşqədəm Ziyad qızı Məmmədovaya məxsus 2 mərtəbəli, ümumi sahəsi 400 kvadratmetrlik olan fərdi yaşayış evi yanıb. Güclü yanğın evi tamamilə yararsız hala salıb.
Hadisə yerinə FHN-nin Ucar rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvələri cəlb edilib. Yanğın söndürülüb və yaxınlıqdakı tikililər mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun