Rayonun Alpout kənd sakini, 30 yaşlı Cəlal Allahverdi oğlu Səlimova məxsus “Opel” markalı minik maşını kənd ərazisində dayandığı yerdə anidən alışıb.
Hadisə yerinə Ucar və Zərdab rayon yanğınsöndürən birliyinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, lakin sürücü həmin an maşından çox uzaq olduğundan avtomobildə olan sənəd və əşyaları qurtara bilməyib. İlkin ehtimala görə, hadisəyə qısa qapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.
VAHİD FƏXRİ SPACE TV