Ucarda 3 min ədəd toyuq-cücə diri-diri yandı

  • SpaceTV
  • 28 Noyabr 2019 17:36

Ucar rayonunda baş verən yanğın zamanı 3 min ədəd toyu-cücə yanaraq tələf olub.

SPACE TV xəbər verir ki, hadisə rayonun “29-cu məhəllə” adlanan ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1988-ci il təvəllüdlü Səməd Vahid oğlu Əşrəfova məxsus həyətyanı sahədə, olan ümumi sahəsi 134 kvadratmetrlik toyuq-cücə saxlamaq üçün nəzərdə tutulan tikilidə yanğın baş verib. Yanğın zamanı binanın 100 kvadratmetri və içərisində olan 3000 ədəd toyuq-cücə yanaraq tələf olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun