Ucarda fərdi yaşayış evi yanıb

  • Space TV
  • 24 Dekabr 2019 14:46

Ucarda vətəndaşa məxsus olan fərdi yaşayış evində yanğın baş verib.

Hadisə  rayonun Yuxarı Şilyan kəndində qeydə alınıb. Kənd sakini, 44 yaşlı Əlizamin Həsrət oğlu Allahverdiyevə məxsus ümumi sahəsi 100 kvadratmetr olan 1 mərtəbəli 3 otaqdan ibarət evdə güclü yanğın baş verib. Yanğın nəticəsində ev tamamı ilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin Yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun