Uçan hasar qaz xəttini zədələdi

  • Space TV
  • 25 Avqust 2020 13:25

Leysan yağışları Oğuzda da fəsadsız ötüşməyib. Spacetv.az-ın məlumatına görə,  rayonun Səməd Vurğun küçəsində yağış sularının təsirindən daş hasar uçub.

Hasar ərazidən keçən orta və aşağı təzyiqli qaz xətlərinin üzərinə aşaraq onları yararsız hala salıb.  Nəticədə 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Regional qaz idarəsindən verilən məlumata görə,  qazın verilişi qısa müddət ərzində bərpa olunub. Hazırda təbiət hadisəsinə  görə,  ərazidə şəxslərə dəyən ziyanın miqdarı hesablanır.

İlkin Piranov, spacetv.az

Paylaş

 Xəbəriniz olsun