Üç uşaq atası özünü asdı

  • Space TV
  • 15 Fevral 2021 12:54

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Spacetv.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Amankənd kəndində qeydə alınıb.

Belə ki, kəndin sakini, 1981-ci il təvəllüdlü İsaq Ədalət oğlu Buludov özünü asıb. Onun nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, İ.Buludov ailəli idi, üç uşağı var.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun