Üç ölkənin xarici işlər naziri Tbilisidə görüşəcək

  • Space TV
  • 18 Dekabr 2019 11:22

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonuna qədər Tbilisidə keçiriləcək.

SPACE TV xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, 8-ci üçtərəfli görüşün dəqiq tarixinin müəyyənləşdirilməsi üçün hazırda tərəflər arasında informasiya mübadiləsi həyata keçirilir.

“Görüş dekabr ayının sonuna qədər mütləq keçiriləcək”, – XİN-dən vurğulanıb.

Qeyd edək ki, ötən gün Gürcüstanın xarici işlər naziri David Zalkaliani XİN başçılarının üçtərəfli görüşünün planlaşdırıldığını deyib.

Üçtərəfli görüş Tbilisidə bu ilin oktyabrın 16-da keçirilməli idi. Lakin Türkiyə tərəfinin müraciəti əsasında görüş təxirə salınıb.

Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbulda keçirilib.

Üçtərəfli formatda ilk görüşə 2012-ci ildə Türkiyənin Trabzon şəhəri ev sahibliyi edib.

Paylaş

 Xəbəriniz olsun