Üç gün əvvəl yanıq xəsarəti alan Ucar sakini vəfat etdi

  • Space TV
  • 16 Noyabr 2020 11:12

Ucarda üç gün əvvəl yanıq xəsarəti alan rayon sakini ölüb.

Spacetv.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaracallı kəndində baş verib.

Belə ki, kənd sakini, 1962-ci il təvəllüdlü Xasməmməd Qoca oğlu Kərimov təbii qazın evə sızması nəticəsində baş verən yanğında ağır yanıq xəsarətləri alıb.

Məlumata görə, X.Kərimov səhər saatlarında evdə siqaret yandırmaq istəyərkən alışqandan istifadə edib. Borudan evə sızan qaz bu vaxt alışıb.

O, əsasən, üz nahiyəsindən ağır yanıq xəsarətləri alıb. Zərərçəkən ağır yanıq xəsarətləri ilə Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilsə də, ötən gün axşam saatlarında ölüb.           

Fakt araşdırılır.

Paylaş

 Xəbəriniz olsun