Üç Avropa nəhəngi İrana qarşı sanksiyaların bərpasına qarşıdır

  • SpaceTV
  • 19 Sentyabr 2020 13:23

Böyük Britaniya, Fransa və Almaniya İrana qarşı sanksiyaların bərpasına qarşıdır.

Spacetv.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə onlar BMT Təhlükəsizlik Şurasının sədrinə yazdıqları məktubda qeyd ediblər.

Üclük 20 sentyabrdan sonra sanksiyaların yenilənməyəcəyi barədə mövqelərini təsdiqləyiblər.

Məktubda deyilir: “Nüvə anlaşmasını qorumaq üçün yorulmadan çalışdıq və ona sadiq qaldıq”.

Onların məktubunda qeyd edilir ki, BMT-nin təkrar sanksiyalarla bağlı istənilən qərarı və ya fəaliyyəti hüquqi gücə malik olmayacaq, ABŞ 2018-ci ildə İranla çoxtərəfli nüvə razılaşmasından çıxdığı üçün sanksiyaların bərpası prosesi mümkün deyil.

ABŞ Dövlət katibi Mayk Pompeo avqust ayında BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiya rejiminin yeniləyəcək 30 günlük müddət başlatdığını deyib. Vaşinqton hesab edir ki, sanksiyalar 20 sentyabrda bərpa olunacaq.

Paylaş

 Xəbəriniz olsun