2016-cı ilin aprel döyüşlərində Azərbaycana qələbə sevinci yaşadan oğullardan biri Ayaz Cumayevin evindən bu gün sevindirici xəbər var. Cumayevlər ailəsi yeni dünyaya gələn üçəmlərin hesabına genişlənib.
Ayaz Cumayev 3 ildir ki, Aytac Cumayeva ilə ailə həyatı qursa da onların övladları olmurdu.
Nəhayət illər sonra Ayaz ata olub. Onun sevincini gözlərindən oxumaq mükün idi.
Ayaz Cumayev; “Üçəmlərin dünyaya gəlməsinə sevincimin həddi hüdudu yoxdur. Allahın qismətidir bu günkü gün dünyaya gəliblər arzu edirəmki, sağ salamat böyüsünlər və vətənə yarayan uşaqlardan olsunlar”.
Müddətdən artıq həqiqi hərdi xidmət hərbi qulluqçusu, kiçik çavuş Ayaz Cumayev 1990-cı ildə Qax rayonunun Şotavar kəndində anadan olub. 2016–cı ilin aprel döyüşlərində – Talış kəndi istiqamətində yaralanıb.Göstərdiyi qəhrəmanlığa görə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ayaz Cumayevə “Şücaətə görə” medalını təqdim edib.
Qeyd edək ki, üçəmlərdən 2-si qız 1-i isə oğlandır.
Lalə Ülviqizı Space