Üçəm dünyaya gəlib

  • SpaceTV
  • 25 Sentyabr 2019 11:17

Cəbhə kəndində üçəm sevinci. Yuxarı Qaradağlıda gənc ailənin üç oğlu oldu.

Tərtər rayonunun cəbhə kəndində yaşayan gənc ailənin 3 övladı dünyaya gəlib.

Rayonun təmas xəttinə yaxın yerləşən Yuxarı Qaradağlı kəndində yaşayan Vasif Allahverdiyevin ailəsində dünyaya gəlmiş körpələrin hər üçü oğlandır.  Körpələr Bakı şəhərində yerləşən xəstəxanaların birinin doğum şöbəsində doğulub. Normal çəkidə doğulan uşaqların səhhətində heç bir problem yoxdu.

Üçəmlərin və onların anası, 25 yaşlı  Güllər Allahverdiyevanın vəziyyəti qənaətbəxşdir.

Allahverdiyevlər ailəsinin üçəmdən əvvəl bir oğlan övladı da olub.

Azyaşlıların babası deyir ki, bu fakt nəsildə ikinci dəfədir ki, yaşanır.

Qeyd edək ki, Yuxarı Qaradağlı kəndi qoşunların təmas xəttinə ən yaxın yerləşən yaşayış məntəqələrindən biridir. Cəbhə kəndi erməni hərbçiləri tərəfindən intensiv olaraq atəşə məruz qalır.

Emin Babayev Şamo Adıgözəlov Space

Paylaş

 Xəbəriniz olsun