U-21 millimiz Fransaya məğlub oldu

  • Space TV
  • 8 Sentyabr 2020 10:08

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Spacetv.az xəbər verir ki, Milan Obradoviçin yetirmələri fransalı həmyaşıdları ilə üz-üzə gəlib. 

Sumqayıtda, “Kapital Bank Arena”da baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, II qrupda yer alan Azərbaycan millisi 7 oyundan sonra 6 xalla 5-ci pillədə yer alır. Bakıdakı qələbədən sonra xallarını 15-ə çatdıran Fransa isə 2-ci sıradakı mövqeyini qoruyub.

Qrupa fransızlarla eyni xalı olan İsveçrə seçməsi başçılıq edir.

7 sentyabr

Avropa çempionatının seçmə mərhələsi

II qrup

Azərbaycan – Fransa – 1:2

Qollar: Tural Bayramov, 90 – Odson Eduar, 25 (pen.). Amin Quiri, 83

Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə)

Sumqayıt. “Kapital Bank Arena”

Paylaş

 Xəbəriniz olsun