“Twitter” reklam verməyi qadağan edəcək

  • SpaceTV
  • 20 Avqust 2019 10:29

Space.TV-nin RİA “Novosti”yə istinadən xəbər verir ki,”Twitter” şirkəti dövlət KİV-lərinə sosial şəbəkə vasitəsi ilə reklam yaymağı qadağan edəcək.

Akkauntlar öz hesablarından reklam üçün deyil, müəyyən informasiyaları yaymaq üçün istifadə edə bilərlər.

Şirkətdən bu qərarın səbəblərinə aydınlıq gətirilməyib.

Bildirilir ki, yeni qaydalar müstəqil ictimai kanallara, həmçinin vergi ödəyicilərinin maliyyələşdirdiyi təşkilatlara şamil edilməyəcək.

Paylaş

 Xəbəriniz olsun