“Twitter qatili”nə ölüm hökmü verildi – FOTO

  • Space TV
  • 16 Dekabr 2020 10:08

Tokio Dairə Məhkəməsi seriya cinayətlər həyata keçirən 30 yaşlı Takahiro Siraisiyə ölüm hökmü verib.

Spacetv.az xəbər verir ki, bu barədə NHK telekanalı açıqlama verib.

Məlumata görə, qatil öz qurbanlarını sosial şəbəkələrdən, xüsusən “Twitter”dən tapırmış. Buna görə də, mediada onun adı həm də “Twitter qatili” kimi qeyd olunub.

Bildirilir ki, o, sosial şəbəkələrdə intihara meyilli insanlarla tanış olur, onları evinə dəvət edərək, ölməyə kömək edəcəyini, bəzən isə onunla birlikdə özünə qəsd edəcəyini deyirmiş.

Bu şəkildə Siraisi, 2017-ci ildə iki ay içində 15-26 yaş arası səkkiz qızı və bir oğlanı qətlə yetirib.

Qurbanlarının parçalanmış cəsədlərini isə o, evdəki çoxsaylı soyuducularında saxlayıb.

Paylaş

 Xəbəriniz olsun