“Twitter” onlayn yayım proqramı olan “Periscope”u bağlayır

  • Space TV
  • 17 Dekabr 2020 10:00

“Twitter”in onlayn yayım proqramı olan “Periscope” gələn aprel ayından etibarən bağlanacaq.

“Praym”ın məlumatına görə, bu barədə şirkətin veb saytında elan edilib.

““Twitter” “Periscope” tətbiqetməsini bağlamaq kimi çətin bir qərar verib. “Periscope”un “iOS” və “Android” tətbiqetmələri 31 Mart 2021-ci il tarixində işini dayandıracaq”, – deyə xəbərdarlıqda bildirilib.

O da qeyd edilib ki, artıq tətbiqdə yeni hesab açmaq olmur, martın 31-dən sonra isə istifadəçilər orada yayım edə bilməyəcəklər.

Hazırda yayım ancaq“Twitter Live” vasitəsilə mümkündür.

Paylaş

 Xəbəriniz olsun